Layma Vaykule Azərbaycan haqqında: “Mənə onlar dəstək oldu”

Layma Vaykule Azərbaycan haqqında: “Mənə onlar dəstək oldu”
1111 dəfə oxunub
  • A-
  • A
  • A+
Latviyalı müğənni Layma Vaykule Rusiyanın Birinci kanalında Azərbaycan haqqında danışıb.

Axşam.az-ın məlumatına görə, “Layma Vaykule: “Hələ axşam deyil” adlı verilişdə sənətə yenicə başladığı dövrdə  azərbaycanlıların ona dəstək olduğunu bildirib:

“Bir vaxtlar Riqada restoranlarda oxuyurdum. Sonra məşhur olmaq qərarına gəldim. Tanınmış bəstəkar Raymond Paulsun yanına getdim, kömək istədim. Əvvəlcə mənə dəstək olacağına söz verdi, amma sonra laqeyd yanaşdı. Dedi ki, efirə çıxmaq üçün mütləq solist olmalıyam. Ancaq heç yerdə solistlik etməyimə imkan vermirdilər. Həmin ərəfədə mənə Azərbaycandan dəstək gəldi. Azərbaycan Dövlət Filarmoniyası solist adı verdi və mərkəzi televiziyaya çıxdım. Mən bu sənətdə ilk dəstəyi Azərbaycan və Rusiyadan almışam”.