Aygün Kazımovadan 1 aprel zarafatı: "Evini yandırırlar"

Aygün Kazımovadan 1 aprel zarafatı: "Evini yandırırlar"
2540 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova 1 aprel- Gülüş Günündə prodüser Toliki və dicey Kazım Sübhanı aldadıb.

Axşam.az-ın məlumatına görə, bu haqda 106.3 FM-də yayımlanan “Müleyli” şousuna telefonla qoşulan Tolik danışıb:
 
“Gülüş günündə məni  Aygün Kazımova aldadıb. Gecə saat ikidə sms yazıb ki, Tolik yatırsan? Dedim ki, yox. Yazdı ki, təcili televizoru aç, filan kanala bax, adını çəkmək istəmədiyim bir müğənninin evini yandırırlar. Məndə durub həmin kanalı açdım. Baxıram ki, yoxdur. İstədim, internetə girim, orda izləyim.  Aygun xanım yazdı ki, zarafat edirdim”.

Verilişin aparıcısı K.Sübhan xalq artistinin onu da eyni tərzdə aldatdığını deyib.