"Lider"in tanınmış aparıcısı ANS-ə keçdi

"Lider"in tanınmış aparıcısı ANS-ə keçdi
2795 dəfə oxunub
  • A-
  • A
  • A+
Teleaparıcı Zabir Əliyev ANS telekanalında işə başlayıb.

Axşam.az-ın məlumatına görə, aparıcının “Lider” kanalında yayımlanan layihələri dayandırılıb. Bu haqda müxbirimizlə söhbətində danışan Z.Əliyev yeniliklər barədə məlumat verib:

“Lider” telekanalında dedilər ki, şou xarakterli verilişlərə son qoyulur, kanal xəbər sisteminə keçir. Başqa işçilər kimi mənə də ətraflı açıqlama verilmədi. Ərizəmi yazıb işdən çıxdım. Bir müddətdir, ANS telekanalında işə başlamışam. İki layihə hazırlayıram. Birincisi həftənin bazar günləri yayımlanacaq və “Əslində mən” adlanır. Burada sənət adamlarından bəhs olunacaq. Digəri isə sənədli film layihəsidi. 31 mart soyqırımına həsr olunmuş ilk filmim ötən gün yayımlandı. Növbəti filmimdə isə 28 may Respublika günündən danışacağıq. Artıq çəkilişlərə başlamışıq”.

Foto: Rəşad ABBASOV