"Ramal icazə versə, "Biletini alma"nı oxuyaram" - Elza

"Ramal icazə versə, "Biletini alma"nı oxuyaram" -  Elza
1196 dəfə oxunub
  • A-
  • A
  • A+
Son zamanlar ən qalmaqallı mahnıya çevrilən “Biletini alma”nı əməkdar artist Elza Seyidcahan da oxumaq istəyir.

Axşam.az xəbər verir ki, müğənni “Şou+” verilişinə açıqlamasında bəstənin müəllifi Ramal İsrafilov icazə verəcəyi təqdirdə onu səsləndirmək arzusunu dilə gətirib.

O, eyni zamanda R.İsrafilovu “Aygün Kazımovanın bu mahnını ifa etməsi məni qane etmədi” sözlərinə görə qınayıb:

“Əgər Ramal “hə” desə, “Biletini alma”nı oxuyaram. Səsləndirilməli mahnılarım çoxdur. Bu da onlardan biri olar. Amma bu o demək deyil ki, kiminsə ifasını bəyənmirəm. Hər kəs bu bəstəni özünəməxsus tərzdə oxuyub. Kiminsə ifasını pisləmək, qalmaqal, dava-dalaş etmək lazım deyil. Hərənin özünə görə adı var”.