Emmaya nə mane oldu?

Emmaya nə mane oldu?
1064 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emma Ələkbərzadənin aparıcılıq edəcəyi ilə bağlı xəbər vermişdik. 

Sənətçi yeni layihəsinin gecikmə səbəblərini Axşam.az-ın müxbirinə açıqlayıb:

“Verilişlə bağlı bütün hazırlıqlar tamamlanıb. İşə başlamağımıza soyuq hava mane olur. Burun əməliyyatından sonra həkimlər küləkli havada küçəyə çıxmağı qadağan ediblər. Buna görə də evdən çıxa bilmirəm”.

E.Ələkbərzadə bizneslə məşğul olması ilə bağlı yayılan söhbətlərə də münasibət bildirib:

“Bizim ailənin üzvləri heç vaxt əlavə bizneslərinin olub-olmadığından danışmır. Düşünürəm ki, belə şeyləri mediaya açıqlamaq düz deyil. Bu ailə içində qalmalı olan sirdir”.

Qeyd edək ki, Emma Ələkbərzadənin pəhrizlə bağlı verilişi MUZ TV-də yayımlanacaq. İfaçı peşəkar dietoloqlarla birlikdə artıq çəkidən əziyyət çəkənlərə məsləhətlər verəcək.