Rövşanə qızına qadağa qoydu: “O, rəssam olmayacaq”

Rövşanə qızına qadağa qoydu: “O, rəssam olmayacaq”
7321 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS telekanalının aparıcısı Rövşanə Bektaşi “Günəbaxan” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcı qızını həkim görmək istədiyini deyib, ona qoyduğu qadağalardan danışıb:

“Qızım hobbi kimi bir çox sahəni öyrənə bilər. Hazırda rəssamlıq edir. Hətta sərgisi də olub. Amma bu sənətin arxasınca getməyinə icazə verməyəcəm. Bu, qız üçün yaxşı peşə deyil. Rəssam olsa,  göylərdə uçacaq, ailə haqqında düşünməyəcək. Mən qadının incəsənətdə olmasına yaxşı baxmıram. Bir az konservativ insanam. Hətta övladıma internetdən istifadə etməyə də icazə vermirəm. Bütün günü dərslərini oxuyur. Həftəsonu boş olanda bir az internetə girə bilər. Mənim üçün ən vacibi onun savadlı olmasıdır. Qızımı dünyanın hər yerinə aparacam. İmkanım daxilində səyahət edirik. Avropanı gəzmişik. İndi söz vermişəm Amerikaya gedəcəyik. Ona İpad almaqdansa, aparıb muzeyləri gəzdirərəm. Heç özüm də internet istifadəçisi deyiləm. “Whatsap”dan istifadə etmirəm. Gecələr bir az Facebookda oluram, vəssalam”.