Vəfa: “Qızlarımı internetdən uzaqlaşdırmaq üçün...”

Vəfa: “Qızlarımı internetdən uzaqlaşdırmaq üçün...”
2418 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Vəfa Zeynalovanın qızları rəqs dərsləri alır.

Axşam.az-ın məlumatına görə, aktrisa bu yolla uşaqlarını internetdən uzaq tutmağa çalışır. Bu haqda “Günəbaxan” verilişində qonaq olan V.Zeynalova özü deyib:

“Qızlarım Lalə və Səbinəni internetdən uzaqlaşdımağa çalışıram. Bunun üçün onları rəqs kurslarına yazdırmışam. Bu o demək deyil ki, gələcəkdə rəqqasə olacaqlar. Sadəcə başlarının qarışmasını istəyirəm. Onlar internetdən ancaq xəbər oxumaq üçün istifadə edə bilərlər. Sosial şəbəkələr onlara qadağandır. Qızlarım hansı peşəni seçsələr, arxalarında dayanacam, amma incəsənəti  seçmələrini istəmərəm”.