Xoşqədəm: “Sizin ucbatınızdan bütün kişilər mənə nifrət edəcək”

Xoşqədəm: “Sizin ucbatınızdan bütün kişilər mənə nifrət edəcək”
1815 dəfə oxunub
  • A-
  • A
  • A+
Teleaparıcı Xoşqədəm Hidayətqızı ötən gün “Bığ” şousunun qonağı olub.

Axşam.az-ın məlumatına görə, proqramda “Səni axtarıram” layihəsindən danışan aparıcı uğurunun sirlərini də açıb:

“Bir işə başlayanda gərək onu sevəsən, onunla nəyinsə xatirinə məşğul olmaq lazım deyil. Uğurun sirri işinin vurğunu olmaqdır. Bir də təqlid etməməyə çalışın. Efirdə özünüz olub, sizə xas olan xüsusiyyətlərlə tanının. Mən başqalarını təqlid edən yox, özü olmağı bacaran aparıcıları bəyənirəm. Bir də işinə inanmalısan. “Səni axtarıram” bunların sayəsində sevilib, uğur qazanıb. Sözün əsl mənasında reytinqlərdə birincidir”.

Aparıcılar Cavid Gül və Şəhriyyar Əbilovun “Bəylərin qənimi Xoşqədəm xanım” sözünə isə populyar aparıcı belə cavab verib:

“Elə edəcəksiniz ki, bütün kişilər mənə nifrət edəcək”.