Gülay: “Evdə kişinin sözü keçərlidir” – fotolar

Gülay: “Evdə kişinin sözü keçərlidir” – fotolar
10684 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülay Zeynalova dünən idmançı həyat yoldaşı Kamil Zeynalovla birlikdə rəqqasə Fatimə Fətəliyevanın ad günündə iştirak edib.

Axşam.az-ın fotokamerası qarşısına keçən cütlük pozlar verib. Ailəsindən danışan Gülay evdə son sözün həmişə Kamilə aid olduğunu bildirib:

“Mənim fikrimcə ailədə kişinin sözü keçərli olmalıdır. Hər şeyə Kamil qərar verir. Amma bu o demək deyil ki, mən heç nə edə bilmirəm. Biz bir-birimizə hörmətlə yanaşırıq. Mən bir şey istəyəndə Kamil onu məsləhət bildiyi formada həll edir”.