Könül Kərimova biznes-ledi olacaq - fotolar

Könül Kərimova biznes-ledi olacaq -  fotolar
7410 dəfə oxunub
  • A-
  • A
  • A+
Almaniyadan yenicə qayıdan müğənni Könül Kərimova özü üçün alış-veriş edib.

İfaçı Axşam.az-a açıqlamasında çoxlu geyim aldığını bildirib:

“Almaniyada gözəl brend mağazalar var. Cəmi bir gün boş vaxtım var idi, onu da alış-verişə sərf etdim. Özümə çoxlu çanta, saat, köynək aldım”.

Bu günə kimi ancaq müğənnilikdən qazanan Könül Kərimova biznes qurmaq qərarına gəlib. İfaçı çay evi açmaq istəyir:

“Bu günə kimi başqa sahələrdə işləməmişəm. Amma həmişə arzulamışam ki, kiçik çay evim olsun. Tezliklə bu arzumu  reallaşdıracam”.

Foto: Rəşad ABBASOV