"Gəlib nəfəsləri ilə məni isitsinlər" - Röya

"Gəlib nəfəsləri ilə məni isitsinlər" -  Röya
2234 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan yenə də iddialı açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Axşam.az xəbər verir ki, sənətçi “Onlar” verilişinə müsahibəsində Moskvada baş tutacaq konsertindən danışaraq özünü birinci adlandırıb:

“Bundan əvvəl “Crocus City Hall”da konsertim olmuşdu. O mənim üçün sadəcə məşq idi. Nəyəsə birdən nail olmağı xoşlamıram. İstəklərimi yavaş-yavaş əldə edirəm. Əgər arzularına sürətli şəkildə çatırsansa, onu tez itirirsən. Bu səbəbdən indi çox güclüyəm. Kreml sarayındakı konsertin də öhdəsindən gələcəyimə əminəm. Deyirlər həmin zal çox böyük və soyuqdur. Tamaşaçılarımın hamısını orada gözləyirəm ki, nəfəsləri, sevgiləri ilə gəlib məni isitsinlər. Moskvaya dörd gün əvvəlcədən gedəcəyəm. Məşqlərin əsas hissəsi burada aparılıb”.

Qeyd edək ki, Röyanın Kreml Sarayındakı konserti aprelin 18-də baş tutacaq.