Rəqsanə təmtəraqlı ad gününə hazırlaşır - açıqlama+fotolar

Rəqsanə təmtəraqlı ad gününə hazırlaşır - açıqlama+fotolar
2985 dəfə oxunub
  • A-
  • A
  • A+
Mayın 25-də ad günü olacaq müğənni Rəqsanə İsmayılova həmin gün təmtəraqlı məclis təşkil edəcəyini deyib.

Sənətçi Axşam.az-a açıqlamasında sözügedən məclisə tanınmış türk ifaçısının da qatılacağını bildirib:

“Mayın 25-də ad günümdür. Yeni çəkdirdiyim klipi həmin gün təqdim edəcəm. Hazırda ikinci klipin çəkilişlərinə başlamışıq. Burada tanınmış türkiyəli aktyor rol alacaq. Eyni zamanda bir türkiyəli ifaçı ilə duetimiz olacaq. Ad günümdə onu da Bakıya gətirəcəm. Çox fərqli bir məclis olacaq”.

R.İsmayılova prodüser Anar Mədətovla işbirliyinə son qoymasından da danışıb:

“Anarla işbirliyinə son qoyduq. Amma dostluğumuz davam edir. Azərbaycanda çox ola bilmirəm. Buna görə də bizimki alınmadı”.

Qeyd dək ki, Rəqsanə bir müddət əvvəl türkiyəli ifaçı Selami Şahinlə işbirliyinə başlayacağını, onunla duet oxuyacağını bildirmişdi.

Foto: Rəşad ABBASOV