Yenicə ana olan Lalə Məmmədova: “Bu kök halımla..." - fotolar

Yenicə ana olan Lalə Məmmədova: “Bu kök halımla..." - fotolar
6450 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Lalə Məmmədova ötən gün tədbirlərin birində fotokameramıza tuş gəlib.

Axşam.az xəbər verir ki, kökəldiyi diqqətdən yayınmayan müğənni buna görə narahat olmadığını deyib:

“Belə bir vacib işə görə artıq çəki almaq məni narahat etmir. Bu dəqiqə mənim üçün qızım Çinarə hər şeydən daha əhəmiyyətlidir. Onun sağlam, ana südü ilə qidalanması daha vacibdir. Təki artıq çəki övladıma görə olsun. O, mənim üçün dünyanın ən gözəl mələyidir. Həmişə deyirəm ki, səni verənə qurban olum. Çox sakit uşaqdır. Bacısı da onu çox istəyir, heç qısqanmır”.

Yaradıcılığındakı yeniliklərdən də danışan L.Məmmədova bəstəkarlardan mahnılar aldığını deyib:

“Tünzalə Ağayeva, Vüqar Camalzadə mənim üçün mahnılar yazıb. Hələ övladım dünyaya gəlməmiş təkliflər alırdım. Aygün Səmədzadənin “Bir sevgi” mahnısı yaxın günlərdə üzə çıxacaq. Bu kök halımla klip də çəkdirəcəm. Aygün Səmədzadənin Qənirə Paşayevanın sözlərinə bəstələdiyi “Dəli eşq” mahnısının klipi olacaq”.

Foto: Rəşad ABBASOV