Ən böyük arzusu Sibel Canla bağlıdır

Ən böyük arzusu Sibel Canla bağlıdır
1990 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elton Hüseynəliyevdən xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi Hüsnü Şənləndirici ilə klip çəkdirəcəyini bildirib:

“Türkiyəli klarnet ifaçısı Hüsnü Şənləndirici ilə “Gecə gözlüm” mahnımı səsləndirmişəm. Bu bəstəyə klip çəkdirmək istəyirəm. Buna görə Hüsnü Bakıya gələcək. Həmin ərəfədə onunla daha bir mahnı yazdıracam. Yeni albomumu hazırlayıram. Buradakı bütün bəstələr partlayacaq. Solo konsert verməyi planlaşdırıram. Eyni zamanda mərhum Heydər Əliyevin doğum günü münasibətiylə konsert vermək istəyirəm. Burada ancaq dəvətnamə olacaq”.

Ən böyük arzusununun Sibel Canla duet oxumaq olduğunu deyən E.Hüseynəliyev hazırda onu reallaşdırmağa çalışdığını bildirib:

“Bu mənim çoxdankı arzumdur. İndi bununla bağlı danışıqlar gedir. Sibel Cana yeni bəstə göndərməliyəm. Əgər bəyənsə, Türkiyəyə gedəcəm, mahnını birlikdə səsləndirəcəyik”.