Leyli və Hakanın toyundan fotolar

Leyli və Hakanın toyundan fotolar
6782 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən şairə Leyli İsrafilova və bəstəkar Hakan Erolun toy mərasimi baş tutub.
 
Axşam.az-ın məlumatına görə, bir çox sənət adamlarının qatıldığı gecədə maraqlı anlar yaşanıb. Mərasimdə Hakan Erol həyat yoldaşı üçün mahnı səsləndirib. 

Gecənin qonaqları arasında xalq artisti Aygün Kazımova, müğənni Miri Yusif, Samir Piriyev, Sevda Yahyayeva, Elçin Cəfərov, Pərviz Mahmudov, prodüser Tolik, “Özünə bax” layihəsinin siması Ruhi Əliyeva, bəstəkar Nazim Məmmədov və başqaları yer alıb.

Xatırladaq ki, cütlüyün nişanı yanvarın 9-da olub. Onlar ailə qurduqdan sonra Türkiyəyə köçəcəklərini və fəaliyyətlərini  orada davam etdirəcəklərini bildiriblər.
 
Gecədən fotoları təqdim edirik:

Foto: Rəşad ABBASOV