Vüsalə: "Qətiyyən peşman deyiləm" - fotolar

Vüsalə: "Qətiyyən peşman deyiləm" -  fotolar
9070 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu günlərdə "APA TV"də işə başlayan aparıcı Vüsalə Əlizadə yeni layihəsindən söz açıb.

Axşam.az-ın məlumatına görə, işindən ağızdolusu danışan aparıcı əvvəlki layihəsinin təxirə düşməyinin səbəblərini açıqlayıb:

“APA TV"dən təklif aldım. Şərtlər mənə uyğun olduğu üçün qəbul etdim. Qətiyyən peşman deyiləm. Maraqlı layihədi. Uzun müddətdən sonra yenidən özümü istədiyim kimi göstərməyi bacarıram. Bilirsiniz ki, bir neçə il efirə tək çıxmadım. Bu özümü istədiyim kimi göstərməyimə mane olurdu. Yeni proqram əvvəllər barəsində danışdığım layihə deyil. Söz verdiyim kimi həmin layihəni də həyata keçirəcəm. Sadəcə o veriliş böyük vəsait tələb edirdi. Bu da vaxtı uzadırdı. İndi qərara gəldik ki, həmin verilişi sentyabrdan yayımlayaq”.

Foto: Rəşad ABBASOV