Samir küsülü olduğu müğənni ilə barışdı

Samir küsülü olduğu müğənni ilə barışdı
2153 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elton Hüseynəliyev və Samir Piriyev aralarındakı küsülülüyə son qoyub.

Axşam.az-ın məlumatına görə, E.Hüseynəliyev “Onlar” verilişinə müsahibəsində həmkarını incidəcək ağır söz demədiyini bildirib:

“Samiri tənqid etdiyim kimi o sözləri özüm üçün də dedim. İlin sonunda baxarıq görək kim daha çox işləyib”.

S.Piriyev isə Eltonla aralarındakı barışığı belə izah edib:

“Küsülü deyilik. Hətta Elvin Abdullayevin toyunda salamlaşıb, görüşdük. Münasibətimiz yaxşıdır. Mənə çox çirk atan olub. Amma söz səsə gəldikdə icazə vermərəm”.

Prodüser Anar Mədətov isə hazırda hər iki müğənninin gündəmdə olmadığını bildirib:

“Demək olar ki, indi heç biri öndə deyil”.

Xatırladaq ki, S.Piriyevlə E.Hüseynəliyev arasındakı söz-söhbətə səbəb sənətçinin "Müleyli" şousunda dediyi bu sözlər olmuşdu:

“Samir Piriyev yaxşı ifaçıdır, ona böyük hörmətim var. Amma bəyəndiyim mahnıları yoxdur. İfa etdiyi bəstələr uğursuzdur. Samirin bir dənə mahnısı yoxdur ki, dinləyəsən".