Tünzalə Ağayeva Röyaya cavab verdi

Tünzalə Ağayeva Röyaya cavab verdi
2833 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxanın əməkdar artist Tünzalə Ağayevadan mahnı istədiyi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, Röya açıqlamasında T.Ağayevanın onu aldatdığını, neçə illərdir verdiyi sözə əməl etmədiyini bildirmişdi.

T.Ağayeva müxbirimizlə söhbətində Röyanın sözlərini təsdiqləyərək bunları deyib:

“Röya düz deyir. Onun üçün mahnı bəstələməyə söz vermişəm. Nəinki Röyaya, mən Zülfiyyə Xanbabayevaya da, Brilliant Dadaşovaya da mahnı söz vermişəm. Amma  bəstələrə vaxt ayırmağa imkan olmur. Son vaxtlar xarici səfərlərim çoxalıb, insanlara verdiyim sözləri yerinə yetirə bilmirəm”.