Rəmişin etirafı:“15 il narkotikadan istifadə etmişəm”

Rəmişin etirafı:“15 il narkotikadan istifadə etmişəm”
1920 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist, gitara ustası Rəmiş, həyat yoldaşı Gülü ilə birlikdə “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı həyatı ilə bağlı maraqlı etiraflar edib. O, mərhum reper Hüseyn Dərya haqqında da danışıb:

“Rəqsanə ilə tanışlığım yoxdur, amma onun Hüseyn Dərya ilə bağlı dediyi, “ona sağlığında dəyər verəydiniz” sözləri xoşuma gəldi. Hüseyn Dərya yaxsı idi ki, iki dəfə evləndi. Narkotikadan istifadə edənlərin ailəsi olmur. Mən özüm 15 il istifadəçi olmuşam. Çox pis mühitə düşmüşdüm, tərgidə bilmirdim. Sonra Gülü gəldi və məni sağaltdı. 14 ildir ki, istifadə etmirəm”.

Həyat yoldaşı Gülü isə bunları deyib:

“Mən onun hər şeyiyəm. Heç vaxt pis nəsə etməsinə icazə vermərəm. Onu qalmaqallardan uzaq tuturam”.