Mustafa Sandal Bakıya gələndə oğlanlarına söz verib

Mustafa Sandal Bakıya gələndə oğlanlarına söz verib
1294 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə mətbuatı müğənni Mustafa Sandalın aprelin 5-də Bakıda verdiyi konsertdən yazıb.

Axşam.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, sənətçi Bakı konsertindən xeyli razı qalıb. Mahnıların arasındakı fasilələrdə tamaşaçılarla söhbət edən Mustafa iki oğlunu da Bakıya gətirmək istədiyini deyib:
 
"Oğlanlarımı da gətirmək istəyirdim. Amma mümkün olmadı. Çünki böyük oğlum hazırlığa gedir. Kiçik oğlumun isə başı öz oyunlarına qarışıb. Amma çoxlu sifariş veriblər. Mən alış-veriş etməyi, mağazaları gəzməyi sevmirəm, ancaq onlara söz vermişəm, istədiklərini alacağam".

Mustafa Sandal geyim tərzi haqqında da danışıb:

"Əsasən, ağ-qara paltarlara üstünlük verirəm. Rəngbərəng  geyinmək təbiətimə uyğun deyil".