"Dedilər ki, Günayla Emil sevgilidir"

"Dedilər ki, Günayla Emil sevgilidir"
3225 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Emil Bədəlov və Günay İbrahimlinin birlikdə rol aldıqları reklam çarxındakı görüntülər qalmaqala səbəb olub.

Axşam.az-ın məlumatına görə, ifaçıların sevgili olduğu barədə şayiələr yaranıb. E.Bədəlov "Şou+" verilişində söz-söhbətlərə son qoyub:

“Bu bir reklam çarxından olan görüntülərdir. O, yayımlanandan sonra sosial şəbəkələrdə xoşagəlməz şərhlər yazıldı. Dedilər ki, Günayla Emil sevgilidir. Bu xəbərlər yalan olduğuna görə mənim ailəmdə heç bir problem yaratmadı. Günay dostumdur, gözəl, tərbiyəli, abırlı ailənin qızıdır. Onun toyunda qardaşı kimi iştirak edəcəm”.