Elza gəlinindən danışdı: "Bacı kimiyik"

Elza gəlinindən danışdı: "Bacı kimiyik"
1917 dəfə oxunub
  • A-
  • A
  • A+

Tədbirlərin birinə qatılan əməkdar artist Elza Seyidcahan həyəcanlı və sevincli olduğunu bildirib.

Axşam.az xəbər verir ki, “qafqazinfo”ya açıqlamasında əməkdar artist başının toy hazırlıqlarına qarışdığınıqeyd edib:

“Aprelin 21-i oğlum Əkbəri evləndirirəm, sevincli və həyəcanlıyam. Başım toy hazırlıqlarına qarışıb. Eyni zamanda xəstələnmişəm, gözləyirəm gəlinim gəlib məni sağaltsın. Halsız olduğum üçün bu gün sadə geyimə üstünlük verdim. Gəlinimlə bacı kimiyəm.  Ona gəlin kimi deyil, qızım kimi baxıram. Nazım-qızım deyə çağırıram, telefonuma da adını elə qeyd etmişəm. Onların xoşbəxt olmağını istəyirəm. Oğlumun xeyir işində bir çox tanınmış sənət dostlarım iştirak edəcək. Toy mediaya qapalı keçiriləcək. İstəmirəm bu toy çox müzakirə olunsun”.