Tünzalə Ağayeva Samirəni İstanbulda qonaq etdi - fotolar

Tünzalə Ağayeva Samirəni İstanbulda qonaq etdi - fotolar
1754 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Tünzalə Ağayevanın “TRT Muzik” telekanalında yayımlanan “Bir səsin cazibəsi” verilişinin növbəti buraxılışı da maraqlı olacaq.

Axşam.az-ın məlumatına görə, müğənni bu dəfə verilişində həmkarı Samirə Allahverdiyevanı qonaq edib. T.Ağayeva budəfəki seçiminin çox ürəyincə olduğunu deyib:

“Çox sevinirəm ki, Samirə kimi bir səsi "TRT Muzik"in tamaşaçıları da dinləyəcək. O, Azərbaycan tamaşaçısının qəlbinə yol tapdığı kimi türkiyəli dinləyicilərin də ürəklərini fəth edəcək. Samirəylə illərdir dostuq. Buna görə də veriliş çox əyləncəli keçəcək”.

Qeyd edək ki, Tünzalə Ağayeva verilişdə modelyer Gülnarə Xəlilovanın hazırladığı libasları geyinir.
Verilişə həftənin şənbə günü Bakı vaxtı ilə saat 00:30-da baxa bilərsiniz.