Canlı yayımda Aytənə ad günü hədiyyəsi – foto

Canlı yayımda Aytənə ad günü hədiyyəsi – foto
3346 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Aytən dünən ad gününü qeyd edib.

Axşam.az-ın məlumatına görə, sənətçi bu özəl gününü ATV telekanalında yayımlanan “Bığ” şousunda qeyd edib. Qənnadçı Bəhruzun hədiyyəsi rəqqasəni təəccübləndirib. Bəhruz, Aytən üçün üzərində rəqqasə geyimli gəlincik olan tort  hazırlayıb.

Sevgidən danışan Aytən ailə həyatı ilə bağlı açıqlama verib:

“Çoxları deyir ki, guya Aytən ailə qurur. Amma yalan xəbərdir. Ailə qurmaq üçün başqa cür sevgi lazımdır. O yaşdığımız eşq macəraları boş şeydir”.

“Bir ara həvəs xatirinə mahnılar oxudum, yazdırdım. Amma sonra peşman oldum. O qədər xərcim çıxdı, onlardan bir qəpik də qazanmadım”- deyən rəqqasə ad günündə mahnı da oxuyub.