“Yeni sədalar”da baş verənlər – fotolar

“Yeni sədalar”da baş verənlər –  fotolar
1754 dəfə oxunub
  • A-
  • A
  • A+
“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişinin ötən gün yayımlanan buraxılışında maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, aparıcı Kamran Quliyevin qonağı tarzən Humay Qədimova və əməkdar artist Zaur Əmiraslanov olub. Musiqidən söz açan qonaqlar yaradıcılıqlarındakı yeniliklərdən danışıblar. H.Qədomovanın yeni kompozisiyanı çox bəyənən Kamran ona “Mən” adını verib.

Canlı yayımda tamaşaçılar, “Rumba fiesta” qrupunun solistləri Məsut və Elşənin ifasında maraqlı mahnılar dinləmək imkanı da qazanıblar.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.