“Muleyli” şousu 2 yaşını qeyd etdi – fotolar

“Muleyli” şousu 2 yaşını qeyd etdi – fotolar
3307 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün 106.3 fm-de yayımlanan “Muleyli” şousunun 2 yaşı tamam olub.

Axşam.az xəbər verir ki, bu münasibətlə xalq artisti Aygün Kazımova, müğənnilər Rəhim Rəhimli və Elçin Cəfərov efirdə qonaq olub. “Muleyli” şousundan bəhs edən qonaqlar dinləyicilərə maraqlı anlar yaşadıblar. Verilişin aparıcısı Kazım Sübhan təəssüratlarını bizimlə bölüşüb:

“Çox xoşbəxtəm ki, bu cür dostlarım var. Ən xoş günümdə məni tək qoymadılar. Bir vaxtlar yanımda olub indi mənimlə olmayan dırnaqarası dostlarım isə nə yaxşı ki, yoxdular. Ətrafımda Aygün, Elçin, Niyam, Rəhim, Azər Şirin kimi dostlar olduğu üçün xoşbəxtəm”.

Qeyd edək ki, verilişin kollektivini zəng edərək təbrik edənlər arasında hazırda Dubayda olan prodüser Tolik və “Özünə bax” layihəsinin siması Ruhi Əliyeva da var.

Biz də Axşam.az kollektivi olaraq “Muleyli” şousunda əməyi keçən komandanın hər bir üzvünü verilişin 2 yaşı münasibətilə təbrik edirik.