Emil Əzizin Bakıda sərgisi olacaq - fotolar

Emil Əzizin Bakıda sərgisi olacaq -  fotolar
2013 dəfə oxunub
  • A-
  • A
  • A+
17 ildən artıqdır Türkiyədə yaşayan, Azərbaycan rəssamlıq sənətini xaricdə layiqli təmsil edən, beynəlxalq sərgilərin iştirakçısı, həmyerlimiz, rəssam Emil Əziz Bakıda ilk fərdi sərgisini açacaq.

Axşan.az-ın məlumatına görə, sərgi, 3-7 may 2014-cü il tarixləri arasında Səttar Bəhlulzadə adına 1969 qalereyasında, "ARTS COUNCİL AZERBAİJAN"ın dəstəyi ilə keçiriləcək. "Səmanın rəngləri" adlı tədbirdə, əsəsən, rəssamın müasir cizgilərlə milliliyin vəhdətini təşkil edən əsərləri sərgilənəcək.

Emil Əziz əsərlərində qadın gözəlliyi, fantaziya, ironiya və realizmi birləşdirir. Rənglərdən cəsarətlə istifadə edən Emil, bu tərzdə işləyən ilk azərbaycanlı rəssamdır.

Xatırladaq ki, rəssamın, dəb industriyasının dahisi Vivien Vestvudu təsvir etiyi əsər, dizaynerin də marağına səbəb olub və Bakıdakı sərgidə təqdim ediləcək.

Emil Əziz Bakıda keçiriləcək sərgidən sonra həmin əsərləri Türkiyə və digər Avropa ölkələrinə də aparmaq fikrindədir. Rəssamın ölkəmizdəki ilk sərgisinin media partnyoru "Boutique Baku" jurnalıdı.