Günelin Türkiyədəki evindən fotolar

Günelin Türkiyədəki evindən fotolar
7094 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Azəri Günel Zeynalova “ShowTV” də yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, aparıcılar Alişan və Çağla Şikel sənətçiyə sürpriz olaraq atası Rəhman Zeynalovu da efirə dəvət ediblər. R.Zeynalov aparıcıların “Niyə qızın ailə qurmur” sualına belə cavab verib:

“Müğənni atası olmaq çətindir. Evi, işi olan, halal süd əmmiş biri çıxsa, əlbəttə, ailə qurmağına icazə verəcəm. Bu günə kimi qızıma elçi düşən çox olub. Amma qismət deyilmiş. Onun seçəcəyi insanın müğənni, azərbaycanlı olub-olmamasına da önəm vermirəm”.

Evindən süjetlər yayımlanan Günel, bənövşəyi rəngi çox sevdiyini və ayaqqabı kolleksiyası yıqdığını bildirib:

“Qarderobumda saysız-hesabsız ayaqqabı var. Onları qoymağa yer tapmıram. Bir də daş-qaş vurğunuyam. Oturacaqlarımın, pərdələrimin üstünə qaşlar düzülür".