Ailə quran Kəmalə yenidən səhnədə

Ailə quran Kəmalə yenidən səhnədə
3556 dəfə oxunub
  • A-
  • A
  • A+

"ADDİM Yaradıcı Gənclər Assosiyası"nın  dəstəyi ilə Azərbaycan Bolqarıstanın Varna şəhərində gerçəkləşəcək 23-cü Discovery İnternational Pop Music festivalında təmsil olunacaq.

Bu barədə Axşam.az-a "Addim yaradıcı gənclər assosiyasiyası"nın sədri Hüseyn Cavadzadə məlumat verib. Ölkəmizi bu peşəkar musiqi yarışmasında gənc müğənni Kəmalə Qaramollayeva təmsil edəcək. Bu, daha öncə “Azəristar” yarışmasının finalçısı olan Kəmalənin yeni ailə qurduqdan  sonra səhnəyə yenidən qayıdışıdır. Festivalda öz repertuarından və  dünya xitlərindən 2 musiqi ilə çıxış edəcək Kəmalə festivalda yüksək nailiyyətlər qazanmağa iddialıdır.

"Kəmalə səhnəyə ilk addımlarını Vagif Gərayzadənin rəhbərlik etdiyi "Şərq ulduzları" layhəsindən  atıb. Daha sonra  Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetini solo oxuma ixtisasını fərqlənmə diplomu ilə bitirib. Hazırda isə musiqi sənəti üzrə aspirantdır. İngilis dili biliyi, xarici görünüşü və vokal imkanları ilə bu yarışmada ölkəməzi layiqincə təmsil edəcəyinə inanıram" - deyə Hüseyn Cavadzadə bildirib.