"Aygün məni həvəsə gətirdi" - fotolar

"Aygün məni həvəsə gətirdi" -  fotolar
1543 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni-bəstəkar Rəhim Rəhimlidən yeni xəbər var.

Axşam.az-ın məlumatına görə, sənətçi solo konsertə hazırlaşır. R.Rəhimli bu haqda 106.3 FM-də yayımlanan “Müleyli” şousunda deyib. O, konsertin Nabranda baş tutacağını bildirib:

“Aygün xanımın, Röyanın yeni konsertlərini, səhnədəki performansını, şousunu görüb mən də həvəsə gəldim. Konsert üçün hazırlıqlara başlamışıq. Azər Şirinlə danışdıq. Eyni zamanda müğənni Elçin Cəfərovla birlikdə layihəmiz olacaq. Mənim üçün mahnı hazırlayırlar. İlk dəfə  başqa müəllifin mahnısını oxuyacam".

Foto: Rəşad ABBASOV