Eminin iştirak etdiyi müsabiqənin qalibləri bəlli oldu - fotolar

Eminin iştirak etdiyi müsabiqənin qalibləri bəlli oldu -  fotolar
3170 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünən “Hello” jurnalı tərəfindən keçirilən “Rusiyanın ən zövqlü adamı” müsabiqəsinin yekun mərhələsi olub.

Axşam.az-ın məlumatına görə, 10 yaşı tamam olan jurnal, uzun müddətdən bəri davam edən onlayn səsvermənin nəticələrini açıqlayıb.

Tədbirdə müğənni Filip Kirkorov, Dima Bilan, aparıcı Yana Rudkovskaya, aktrisa Renata Litvinova, fiqurlu konki sürən Yevqeni Plyuşenko, müğənni-bəstəkar Emin, moda məsləhətçisi Miroslova Duma və başqaları iştirak edib. Mərasimdə "buro247.az" internet portalının, "Nargiz" dərgisinin baş redaktoru Ülviyyə Rəhmanova da iştirak edib.

Aparıcılığını Ksenya Sobçakın etdiyi gecədə mükafat alanların siyahısını təqdim edirik:

"Ən dəbli kişi müğənni" - Dima Bilan

"Ən dəbli kişi idmançı" - Aleksandr Zubkov

"İlin ən dəbli cütlüyü" - Alsu və Yan Abramov

"Ən dəbli xanım" - Ravşana Kurkova

"Casual" - İnqeboqra Dapkunayte

"İlin stil ikonası" - Layma Vaykule

"Ən dəbli xanım idmançı" - Yelena İlinıx

"Ən dəbli idmançı cütlük" - Vik Uayls və Alyona Zavarzina

 "Bohema şıqlığı" - Viktoriya Bonya

"Pandora self-made woman" - Nonna Qrişayeva

"Klassika" üzrə birinci - Svetlana İvanova

"Ən dəbli xanım aparıcı" - Kseniya Sobçak