Tünzalə Ağayeva səfir seçildi - fotolar

Tünzalə Ağayeva səfir seçildi - fotolar
4766 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Bakıda Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” Şirkəti arasında “Fəal Ailəm-Sağlam Aləm” (FASA) proqramı çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Axşam.az xəbər verir ki, proqramın əsas məqsədi geniş kütlə arasında sağlam həyat tərzini təşviq etməkdir. Proqram çərçivəsində Bakı və Azərbaycanın digər bölgələrindəki məktəblərdə sağlam həyat tərzinə dair seminarlar və idman yarışları təşkil olunub.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil Nazirinin müavini Ceyhun Bayramov və “Coca-Cola” şirkətinin market-meneceri Qabil Əhmədovla yanaşı MOK-un icrayə komitəsinin üzvləri, olimpiya və dünya çempionları, həmçinin müxtəlif idman və qeyri-idman qurumlarının nümayəndələri iştirak edib.

İmzalama mərasimində FASA proqramının 2014-cü il üçün seçilmiş yeni Milli Olimpiya səfiri, Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva da iştirak edib. Müğənni çıxışında 2014-cü il üçün Milli Olimpiya səfiri adını aldığına görə çox həyacanlı, bir o qədər də sevincli olduğunu deyib:

“Bu şərəfli adı daşıdığıma görə Milli Olimpiya Komitəsinə və aidiyyatı qurumlara təşəkkürümü bildirirəm. İdmançılarımızla hər zaman fəxr duymuşam və bu adı almağım bizi daha da yaxınlaşdırır. Milli Olimpiya səfiri kimi burdan valideynlərimizə, müəllimlərimizə səslənirəm: bu proqrama qoşulaq, aktiv iştirak edək.”

Tədbirdə çıxış edən Ç. Hüseynzadə Azərbaycanda Olimpiya hərəkatı və onun inkişaf tarixindən, həmçinin, təqdim olunan proqramın sağlam və fəal həyat tərzinin təbliğindəki əhəmiyyətli rolundan danışıb, bu kimi sosial idman layihələrinin, geniş əhali kütləsinin 2014-2015-ci illərdə Bakıda keçiriləcək Avropa Oyunlarına həssaslığının artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.