Əməkdar artistdən "Kişi idealı" tortu

Əməkdar artistdən "Kişi idealı" tortu
4511 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu tort fərqli və dadlı alınır. Əvvəllər daha çox hazırlayırdım. Amma pəhriz saxladığıma görə, indi şirniyyatdan bacardıqca uzaq dururam. Amma ad günləri və bayramlarda hazırlayıram və ailəmizdə çox bəyənilir”. - Hicran Nəsirova

Axşam.az Ailem.az-a istinadən əməkdar artist Hicran Nəsirovanın “Kişi idealı” tortunun reseptini təqdim edir:
 
 
“Kişi idealı” tortu üçün lazım olan ərzaqlar:
 
 
Yarım stəkan un, 150 qram kərə yağı, 1 səkan xırda doğranmış qoz, 2 yumurta, 1 stəkan pesok, ¼ çay qaşığı soda, 1 xörək qaşığı bal, 1 xörək qaşığı araq, ya da konyak, bir banka qatılaşdırılmış süd, vanil.
 
 
Tortun hazırlanma qaydası:
 
Xəmir üçün: 2 yumurta pesokla yaxşıca çalınır, üzərinə yarım stəkan qoz, soda, bal, araq, 150 qram kərə yağı əlavə edilir və xəmir yoğrulur. Xəmir iki hissəyə bölünür. Laylar 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirilir. Bişmiş xəmiri sinini tərs çevirməklə (qaynar-qaynar) tavadan çıxarmaq olar. Layların tavadan rahat çıxması üçün xəmirin altına perqament kağızı da sərmək olar. Tavadan çıxarılandan sonra soyudulur.
 
 
Krem üçün: Bir banka qatılaşdırlmış süd qaynadılıb bir az da bərkidilir. 100 qram kərə yağı və vanillə çoxlu çırpılaraq krem şəklinə salınır.
 
Bişmiş xəmir layları aralarına krem çəkilməklə üst-üstə qoyulur. Üstünə və kənarlarına krem çəkilir. Tortun üzəri zövqə görə bəzədilir.