Müğənni Ayan Babakişiyeva qarderobunu yeniləyib.
Axşam.az-ın məlumatına görə, hər zaman brend geyimlərə üstünlük verən sənətçi son vaxtlar libas almaqda çətinlik çəkdiyini bildirib:
“Eksklüziv libaslara üstünlük verirəm. Ən əsası isə büdcəmə uyğun və mənə yaraşan libas seçirəm. Son vaxtlar brendlər bir-birinə bənzəyən modellərə üstünlük verirlər. Ona görə də paltar seçmək çətinləşib”.
Ana olandan sonra çəkisini əvvəlki vəziyyətə qaytaran sənətçi geyim üslubunda dəyişiklik etmədiyini də qeyd edib.