2014-cü ilin ən dəbli çantaları - fotolar

2014-cü ilin ən dəbli çantaları - fotolar
6500 dəfə oxunub
  • A-
  • A
  • A+

Zərif çantalar qarderobun ən əhəmiyyətli detalıdır.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər hər bir qadının qarderobunda zərif qara çantanın olmasını vacib hesab edirlər.

Çünki istənilən yaşda və istənilən obrazda bu rəngli çanta sizin köməyinizə çata bilər. Bundan əlavə əsl iş qadınlarına məxsus çantalar da qarderobunuzda əhəmiyyətli yer tutmalıdır. İşə, yaxud da hər hansı bir ciddi məkana gedərkən ilk ağlınıza gələn çanta məhz o olmalıdır.

Kassik üslubda olan çanta-portfel isə rəsmi üslubda olan görüşlər üçün daha əlverişlidir. Son zamanların ən dəbdə olan çantaları kiçik ölçülü olanlardır. Belə çantalardan istifadə etməklə həm dəbli görünə, həm də oraya yığcam şəkildə mühüm əşyalarınızı yığa bilərsiniz. Beləliklə, məşhur dizaynerlərin nümayişlərində yer alan ən dəbli çantaların fotolarını təqdim edirik: