Müğənni Röya Ayxan özü kimi ifaçı olan qardaşı İsmayıl Nəcəfovun sənətdə inkişafına dəstək olmur.

Axşam.az-ın məlumatına görə, sənətçi, bununla bağlı suallara İnstaqram səhifəsində aydınlıq gətirib. O, qardaşının mahnı oxuyarkən çəkilmiş videosunu paylaşaraq belə yazıb:

“Allahıma çox şükür. Bu sənət əziyyəti sevir. Hamı soruşur ki, niyə qardaşınla oxuyub, ona kömək etmirsən? Bu sualı ünvanlayan hər kəsə eyni cavabı verirəm: çünki zamanında heç kim mənimlə oxumadı. Ona görə də bu gün Röyayam. Kim nə deyir desin, Allah heç nəyi boş yerə vermir”.


                 

Digər Xəbərlər