Çağatay Ulusoyun yeni serialı ajiotaj yaratdı

Çağatay Ulusoyun yeni serialı ajiotaj yaratdı
3155 dəfə oxunub
  • A-
  • A
  • A+

Növbəti mövsümdə Türkiyə kanallarından birində efirə getməsi planlaşdırılan serial böyük səs-küyə səbəb olub.

Axşam.az-ın məlumatına görə, “Adını Feriha Koydum” serialından “Emir” kimi tanınan aktyor Çağatay Ulusoy və aktrisa Serenay Sarıkaya yeni serialda baş rolu paylaşacaqlar.

Ssenarisi Amerikanın “The O.C”serialından götürülmüş “Aşk Hikayəsi” (Eşq Hekayəsi) indidən böyük ajiotaj yaradıb.

Baş rol ifaçılarının pərəstişkarları artıq fan səhifələri açaraq öncədən serial üçün rəylər və təkliflər verməyə başlayıblar.

Filmdə Serenay varlı bir qızı, Çağatay isə kasıb oğlan obrazını canlandıracaq.


 İlahə Cəbrayılova