Sevinc Ağaşirinova: “Qəlbim onun sevgisi ilə doludur”

Sevinc Ağaşirinova: “Qəlbim onun sevgisi ilə doludur”
9164 dəfə oxunub
  • A-
  • A
  • A+

- Son vaxtlar səni maraqlı fotosessiyalarda görürük. Yoxsa müğənniliyi atıb, model biznesinə qatılmağa hazırlaşırsan?

- Fotosessiya da sənətlə bağlı layihənin bir hissəsidir. Mən müğənniyəm və bu sənəti atmağı düşünmürəm. Bizim gözəl modellərimiz var. Onların cəsarətinə heyranam. Mən də onlara baxıb, həvəslənirəm. Amma model yox, müğənni kimi. O ki qaldı sənəti atmağa, bunu heç vaxt düşünmürəm. Sənətimi çox sevirəm və bacardığım qədər özümü sübut etməyə çalışıram.
 
- Fotoların maraqlı mövzusu var. Bu, öz ideyandır?

- Bəziləri prodüserim Zaura, fotoqraf  Hüseyn Bağırova, bəziləri isə özümə aid olur. Ümumiyyətlə, biz komanda şəklində çalışırıq, ideyaları da birlikdə qərarlaşdırırq.
 
- Bu yaxınlarda sevgilinin çəkildiyin fotosessiyalardan narazı olduğu və bu səbəblə də səndən ayrılması haqda xəbərlər yayılmışdı..

- Bunlar hamısı boş söhbətlərdir. Hələ bir-iki şayiə də özüm eşitmişdim: guya mən dənizdə boğulmuşam. Bir dəfə də eşitdim ki, guya sevgilimlə Moskvada fotosessiya etdirmişəm. Mən ailəliyəm, sevdiyim insan da sənətimi qəbul edir, mənə dəstək olur. Qəlbim həmişə onun sevgisi ilə dolu olub, olacaq da. Şayiələri isə məni gözügötürməyənlər yayır. Mənə paxıllıq edən həmyaşıdlarım çoxdur.

- Qarşıdan yeni il gəlir. Bayramda Şaxta babadan nə istəyirsən?

- Bayram gecəsinin bir qismini səhnədə, ardını isə sevdiyim şəxs və ailəmlə keçirəcəyəm. Hədiyyəni Şaxta babadan yox, ondan gözləyirəm. Nə istədiyimi isə qoy, o, burdan deyil, gözlərimdən oxusun. (gülür)

- Bu, evlilik təklifi ola bilər?

- Mən evlilik təklifini çoxdan almışam, cavabım da “hə” olub. İki ildir ki, evliyəm və çox xoşbəxtəm...

- Bəs, yeni ildə ana olmaq istəmirsən?

- Ana olmaq gözəl duyğudur. Amma buna hələ ki, hazır deyiləm.

- Bu il konsertlərinlə, çəkildiyin fotosessiyalarla yaddaşlarda qaldın. 2013-cü ildə nə yeniliklər gözlənilir?

- Konsert yeni ildə də gözlənilir. Yenə də əcnəbi bir müğənni ilə olacaq. Hələ ki, danışıqlar gedir. Bir əcnəbi müğənni ilə duet də planlaşdırırıq. “Qatar” mahnısına da klip çəkdirəcəyəm. Fotosessiyalarımın davamı olacaq: daha maraqlı və tam fərqli formada.