Günay Musayevanın şəkillərini yayan jurnalist: "Mənim təqsirim yoxdur"

Günay Musayevanın şəkillərini yayan jurnalist: "Mənim təqsirim yoxdur"
7994 dəfə oxunub
  • A-
  • A
  • A+
Günay Musayevanın internetdə yayılmış lüt şəkilləri ətrafında qalmaqal böyüyür.

Axşam.az-ın məlumatına görə, şəkilləri ilk dəfə öz saytında yerləşdirən jurnalist Ceyhun Məhərrəmov məsələyə münasibət bildirib.

O deyib ki, modelin şəkillərini yaymaqla öz jurnalist vəzifəsini yerinə yetirib: 

“İnternetdə Günay Musayeva haqda axtarış verərkən bu fotoları təsadüfən fotoqraflardan birinin səhifəsində gördüm. Günay aktyor Tolqa Karellə ailə qurana qədər məşhur deyildi. İndi isə o, tanınmış simadır və onun şəxsi həyatı ictimaiyyətə açıqdır. Jurnalistin bu şəkilləri xəbər edib verməsi isə normal haldır”.

C.Məhərrəmovun sözlərinə görə, bu şəkillərin yayılmasında onu günahlandırmaq düzgün deyil:

“Mən heç bir səhv addım atmamışam. Əgər şəkillər internetdə olmasaydı, mən bunu necə yaya bilərdim? Bir daha təkrar edirəm ki, fotolar internetdə var idi. Günay deyir ki, bu şəkillərin yayılması qadağandır və  mən bu fotoları qəsdən yaymışam. Uşaq deyiləm ki, kiminləsə prinsip aparım. Mən sadəcə vəzifəmi yerinə yetirmişəm. Bu, Günayın öz səhvi ucbatından yaranmış məsələdir. O, araşdırsın ki, fotoqraf həmin şəkilləri niyə səhifəsində yerləşdirib. Mən fotoları onun səhifəsindən götürmüşəm və burada heç bir təqsirim yoxdur”.

İlahə Cəbrayılova