Milli Qəhrəman İbad Hüseynov klipdə

Milli Qəhrəman İbad Hüseynov klipdə
3906 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün keçmiş döyüşçü İbad Hüseynova həsr olunmuş “İbadlar diyarı “ klipinin təqdimatı keçirilib.

Mahnının sözləri Gülşən Behbudun, musiqisi İmruzə Hüseynovanındır. İfaçılar xalq artisti Flora Kərimova, əməkdar artist Lalə Məmmədova, Gülyaz, Gülyanaq, Məmmədovalar və “ Eurovision-2012 ” təmsilçisi Səbinə Babayevadır. Tədbirdə çıxış edən qəhrəman ona göstərilən diqqətdən məmnun olduğunu diqqətə çatdırıb:

“Çox söz söyləmək istəmirəm. İşin ən yaxşısını zamanında etmişəm. Bu gün bura təşrif buyuran və bu işin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığımı  bildirirəm”.

Xalq artisti Flora Kərimova İbad Hüseynovu hər kəsə nümunə göstərərək, göz yaşlarını saxlaya bilməyib: “Mən İbadla fəxr edirəm. Bu ifanı özümə şərəf bilirəm".

lent.az