Məşhur model Nyu-Yorkda Xocalıyla bağlı mitinqdə (Foto)

Məşhur model Nyu-Yorkda Xocalıyla bağlı mitinqdə (Foto)
2848 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikada fəaliyyət göstərən model Rüstəm Cəbrayılov “Xocalı soyqırımı” ilə bağlı mitinqə qatılıb.

Axşam.az-ın məlumatına görə, həmyerlimiz 26 fevral “Xocalı soyqırımı” günü Nyu-Yorkda BMT-nin binası qarşısında və Ermənistan səfirliyi önündə təşkil edilmiş mitinqdə Azərbaycan bayrağını dalğalandırıb.

Rüstəm sosial şəbəkədə onun bu addımını alqışlayanlara isə belə cavab verib:

“Təşəkkür edirəm dostlar, amma gəlin, belə formada şərhlər yazmayaq. Çünki burada qeyri-adi bir şey yoxdur, bu, hər bir azərbaycanlının borcudur. Allah Xocalı soyqırımında ölən insanlarımıza və o cümlədən Vətəni uğrunda dünyasını dəyişən cümlə şəhidlərimizə rəhmət eləsin. Amin!”.