Gənc müğənni Milanın klip təqdimatından fotolar

Gənc müğənni Milanın klip təqdimatından fotolar
2619 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün müğənni Mila yeni hiti olan “Yaşandı” mahnısına çəkdirdiyi klipin təqdimatını edib.

Axşam.az-ın məlumatına görə, müğənnini təbrik etməyə xalq artisti Flora Kərimova, müğənni Elariz Məmmədoğlu, Əbdül Xalid, Günay İbrahimli, Orxan Babazadə və digər sənət dostları da gəlib.

Mila bildirib ki, kompozisiya məhəbbəti dərk edən hər kəsə təsir edəcək:

“Mahnının mənə uğur gətirəcəyinə inanıram. Çünki Pərviz mahnılarının ən “kral”ını mənə verib. Bu mahnıda səs imkanlarımdan geniş istifadə etmişəm”.

Rejissorluğunu Rəhmanın etdiyi “Yaşandı” mahnısının musiqisi gənc bəstəkar Pərviz Mahmudova, sözləri isə Aygün İsmayılovaya məxsusdur.

İlahə Cəbrayılova

Foto: Rəşad Abbasov