İlhamə Quliyeva: "Nazpəri Dostəliyevaya həddini göstərmək lazım idi"

İlhamə Quliyeva: "Nazpəri Dostəliyevaya həddini göstərmək lazım idi"
3952 dəfə oxunub
  • A-
  • A
  • A+
“Getsin ağlına dua yazdırsın. Dilini saxlasın, dinc qoysun. Özünü düzgün aparsın!”

Bunu xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanın ondan ölkə başçısına şikayət etməsi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.
 
İlhamə Quliyeva Nazpəri Dostəliyevanın onun ərizəsi ilə “Bandotdelə” çağırılmasını təsdiq edib: “Bəli. Ona həddini göstərmək lazım idi. Nə tez unutdu dekabrda çıxıb efirdə mənim dediyim sözləri çox ədəbsizcəsinə təkrar etməsini? İndi məndən şikayət edir. Qara məni basınca qoy qaranı mən basım?”

Lent.az