Nadir Qafarzadə həyat yoldaşı üçün qeyri-adilik edəcək

Nadir Qafarzadə həyat yoldaşı üçün qeyri-adilik edəcək
1496 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə iyulun 6-da “Yaşıl Teatr”da qeyri-adi solo konsert verməyə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, onun verəcəyi konsert Azərbaycanda ilk dəfə həyata keçirilir. Belə ki, sənətçinin konsertdə yalnız həyat yoldaşı iştirak edəcək:

“Artıq bir neçə gündür ki, konsertimin danışıqları gedir. Düşünürəm ki, verəcəyim konsert bu günə qədər gerçəkləşdirdiyim layihələrdən çox fərqlənəcək. Belə ki, iyulun 6-da “Yaşıl Teatr”ın bütün masaları boş olacaq. Yalnız bir masadan başqa. Həmin yerdə isə mənim bu həyatda ən dəyərli varlığım olan yoldaşım əyləşəcək. Həmin gecəni isə ona və evliliyimizin yubileyinə həsr edəcəm. Öncədən söyləyim ki, bu konsertim çox müzakirə olunacaq. Hətta mənim fikrimə qarşı çıxanlar da olacaq. Amma tənqidlər hər zaman olub, olacaq da.  Bu konsert mənim çoxdankı arzumdur. Gecədən bir neçə gün qabaq isə media mənsubları ilə görüş keçirəcəm. Həmin görüşdə də konsertlə bağlı bir çox məqamları açıqlayacam. Hazırda layihə üçün gözəl səhnə hazırlanır. Bu çox fərqli bir səhnə olacaq. Səhnədə məni rəqs qrupu müşayiət edəcək”.

Xatırladaq ki, N.Qafarzadənin “Yaşıl Teatr”da sonuncu solo konserti 2013 ci il sentyabrın 13-də olmuşdu. Müğənni həmin sarayda “Sən mələksən” adı altında səhnə almışdı.