“Yeni sədalar”ın pərdəarxası – fotolar

“Yeni sədalar”ın pərdəarxası – fotolar
1686 dəfə oxunub
  • A-
  • A
  • A+
İctimai telekanalda yayımlanan “Yeni sədalar” verilişinin daha bir buraxılışı efirə çıxıb.

Axşam.az-ın məlumatına görə, verilişin bu dəfəki sayında şairə Vüsalə Fərəcova, müğənnilər Vaqif Şıxəliyev və Həcər Əliyeva qonaq olub. Musiqidən, yeniliklərdən bəhs edən qonaqlar aparıcı Kamran Quliyevin suallarını da cavablandırıblar. Tamaşaçılara mahnılarını təqdim edən ifaçılar şou-biznesdən danışmağı da unutmayıblar.

Kamran Quliyevin təqdimatı ilə nümayış olunan verilişdə tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşənin ifasında canlı musiqi dinləyiblər.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.