Dnepropetrovsk - Bakı aviareysi faəliyyətə başladı (R)

Dnepropetrovsk - Bakı aviareysi faəliyyətə başladı (R)
973 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın Dnepropetrovsk  vilayəti ilə Bakı arasında birbaşa aviareys açılıb.

Axşam.az-ın xəbərinə görə, yeni təyyarə reysinin açılış mərasimində “Dnepoavia”  şirkətinin kommersiya direktoru Sergey Pasılayev çıxış edərək, dünyanın müxtəlif ölkələrinə uçuşlar həyata keçiriən şirkət haqda ətraflı məlumat verib. O, Dnepropetrovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun çoxsaylı müraciətinə əsasən  Dnepropetrovsk - Bakıya   təyyarə reysinin açıldığını diqqətə çatdırıb.

Yeni açılan reysin ilkin olaraq həftədə bir  dəfə - şənbü günləri həyata keçiriləcəyini bildirən S.Pasılayev iyun ayının ortalarından başlayaraq  uçuşların sayının artırılacağını  vurğulayıb.

Mərasımdə Azərbyacanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin inkişaf dinamikasından  söz açan Dnepropetrovsk Vilayət Deputatlar Şurasının sədri  Yevgeni Udod Dnepropetrovsk Bakı təyyarə reysinin açlmasını   ölkələrimiz arasındakı   iqtisadi, mədəni əlaqələrin inkişafına səmərəli töhfə  verəcəyini  bildirib. O, bir neçə ay öncə  ölkəmizdə səfərdə olduğunu  və Azərbaycanın qlobal inkişaf dinamikasından heyrətləndiyini deyib.  Y.Udod  yeni reysin açılmasını dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən  müasir Bakını görmək istəyənlər üçün ən səmərəli  fürsət adlandırıb. O, ilk təyyarə reysinin sərnişinlərinə uğurlar arzulayıb.

Mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatı Sabir Rzayev, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirova və digərləri çıxış edərək Dnepropetrovsk-Baki təyyarə reysinin açılmasına görə  Dneproavia kompaniyasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonra  Dnepropetrovsk şəhərindən Bakıya istiqamət götürən ilk təyyarə reysinin uçuşuna start verilib. Dnepropetrovsk şəhərindən Vətənə yola düşən təyyarə reysinin ilk sərnişinləri yeni reysin açılmasında xidməti olanlara təşəkkürlərini çatdırıblar.