İlham Əliyev və xanımı Çinə getdi - fotolar

İlham Əliyev və xanımı Çinə getdi - fotolar
2772 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri başa çatıb.

Axşam.az xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Aeroportunda prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfərə gedib. Şanxayın “Pudong” Beynəlxalq Aeroportunda prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.