Natavana ad günü hədiyyəsi - fotolar

Natavana ad günü hədiyyəsi -  fotolar
3384 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün müğənni Natavan Həbibinin ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçini ilk təbrik edənlər arasında yaxın rəfiqəsi, rəqqasə Oksana Rəsulova da olub. Oksana gecəyarısı Natavanın evinə yollanaraq ona tort və gəlincik bağışlayıb.

Rəqqasə Natavana nə hədiyyə edəcəyini uzun müddət düşündüyünü deyib:

"Çox fikirləşdim ki, Natavana nə hədiyyə edim. Nəhayət 2 ay bundan əvvəl qərara gəldim ki, ona elə özünü bağışlayım”.

Oksananın N.Həbibiyə bağışladığı gəlincik özəl hazırlanıb və zahirən müğənninin özünə oxşayır.

Qeyd edək ki, Natəvan Həbibi 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Daha sonradan Azərbaycana köçüb. Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda oxumağa başlayıb. Qrup dağıldıqdan sonra solo karyeraya başlayıb. 2008-ci ildə İzzət Bağırov ilə birlikdə "Ayrılıq imiş" filmində çəkilib. 2009-cu ildən sonra "Səni sevən mənəm", "Təyyarələr" və sair hitləri ilə hitparadlarda yüksək yerlərə qalxıb. 2010-cu ildə Xəzər TV-də veriliş aparıcısı olub. 2011-ci ildə Azərbaycanı "Turkvision" müsabiqəsində təmsil edib.