"Qızımızın geyiminə qarışmırıq" - fotolar

"Qızımızın geyiminə qarışmırıq" - fotolar
3494 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli şoumen Məhmət Əli Ərbilin Nərgiz Kumbasarla evliliyindən olan qızı Yasminin qısa şortikdə çəkilmiş fotoları dünən türk tabloidlərinin əsas xəbərlərindən biri olub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Ə.Ərbil və N.Kumbasar 19 yaşlı qızlarının şortikinin xəbərə çevrilməyindən qəzəbləniblər.

Məşhur şoumen bununla bağlı "Yasmin 19 yaşlı gənc qızdır. Nə etdiyini bilir, biz də ona sonsuz güvənirik. Onun nə geyinəcəyinə qarışmıram, məhdudiyyət qoymuram. Qızım harda nə edəcəyini yaxşı bilir" deyib.

Yasminin anası aktrisa N.Kumbasar da qızını dəstəkləyib: 

"Hər gənc qız kimi Yasmin də küçədə nə satılırsa, onu geyinir. Bu çox normaldır. Belə mövzulardan danışmaq mənə gülməli gəlir. Qızımın geyimlərinə nə mən qarışıram, nə də Məhmət Əli. Yasmin çox yaxşı tərbiyə almış savadlı qızdır".
 
Aktrisa açıqlamasını  "insanların geyimlərindən daha çox beyinləri əhəmiyyətlidir" sözləri ilə bitirib.