Gülyanaqla Rəşaddan ekspromt ifa - fotolar

Gülyanaqla Rəşaddan ekspromt ifa -  fotolar
1912 dəfə oxunub
  • A-
  • A
  • A+
Gülyanaqla Rəşaddan ekspromt ifa

“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişində maraqlı anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, verilişin bu dəfəki qonaqları əməkdar artist Gülyanaq Məmmədova və müğənni Rəşad İlyasov olub. Aparıcı Kamran Quliyev qonaqlara, 1972-ci ildə müsahibə zamanı maestro Niyazıyə verilən “musiqi günəş kimidir, təbiətin bütün qaranlıqlarını işıqlandırır” sualını ünvanlayıb və onların münasibətini öyrənmək istəyib. Maraqla qarşılanan fikrə ifaçılar fərqli cavablar verib. Daha sonra aparıcı Mövlananın hikmətli sözlərini səsləndirib.

G.Məmmədovanın canlı efirdə oxuduğu lirik mahnı R.İlyasovu kövrəldib. Veriliş zamanı tanınmışlar ekspromt duet də oxuyub.

Proqramda tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşənin ifasında canlı musiqi dinləyiblər.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.